Press "Enter" to skip to content

Batı Trakya türklərindən Kiryakos Miçotakisə etiraz

Kiryakos Miçotakis

Son yeniləmə: 3 May 2023 14:17

BAYRAQDAR MEDİA – Yunanıstanın baş naziri Kiryakos Miçotakisin mayın 21-də keçiriləcək seçki təbliğatında Batı Trakyada yaşayan türklər alət kimi istifadə edilir.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, baş nazir Mitsotakis aprelin 27-də Ksantiyə səfəri zamanı Batı Trakya türklərini “dini azlıq” adlandırıb: “Avropa Batı Trakya Türk Federasiyasının (ABTTF) sədri Halit Həbipoğlu Miçotakisin səciyyələndirilməsinə reaksiya verib. H.Habipoğlu, “Biz kimliyimiz və haqlarımız üzərində seçki təbliğatına alət olmaq istəmirik” deyib.

Məlumata əsasən, yazılı açıqlama yayımlayan H.Habipoğlu aşağıdakıları qeyd edib: “Baş nazirimizin kimliyi inkar edilən, hüquqları qəsb edilən bizi seçki materialı və təbliğatı kimi təqdim etməsi, hüquqlarımızı “əfsanə” kimi qələmə verməsi qəbuledilməzdir. Ölkəmiz bunu nə qədər inkar etsə də, biz əsrlər boyu bu torpaqlarda yaşayan türklərik”.

Mission News Theme by Compete Themes.