BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, 2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksək intellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə Respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün məlumatlandırma tədbirləri davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-dən daxil olub.
Xəbərdə deyilir ki, “Qusar rayonuna olan tədbirdə çıxış edən Qusar şəhər 6 nömrəli tam orta məktəbin direktoru Kəmalə Sadıqova ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin önəmindən bəhs edib, İlahiyyat İnstitutunda bu amillərə xüsusi diqqət yetirildiyini vurğulayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbə müdiri Ramin Xudayev Aİİ haqqında məlumat verib. Dinin insan həyatındakı əhəmiyyətli rolundan bəhs edən R.Xudayev ölkəmizin tolerantlıq nümunəsi olduğunu, bütün dünlərin nümayəndələrinin mehribanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb”.
Sonra xəbərdə, “Aİİ-nin rektoru Aqil Şirinov çıxışında Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahənin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. Rektor İnstitutun məqsəd və hədəfləri haqqında ətraflı məlumat danışıb. Ali təhsil müəssisəsində keçirilən tədbirlər, seminarlar, “dəyirmi masa”lar barədə söhbət açan rektor bildirib ki, Aİİ-dən məzun olan gənclərin Azərbaycanı xarici qüvvələrin yad təsirlərindən qoruyan, sağlam dini düşüncəli, Vətənini, xalqını sevən yüksəkixtisaslı kadrlar kimi yetişmələri istiqamətində məqsədyönlü tədris aparırıq” deyə qeyd olunur.
Daha sonra Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov abituriyentlərə İnstituta qəbul qaydaları barədə məlumat verib.
Həmçinin tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.