Press "Enter" to skip to content

Prezident Ağdamda təməlatmada iştirak edib

Təməlatma

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfər edib.

Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Dövlət başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub.

Sonra Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyub.

Daha sonra dövlət başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.

Mission News Theme by Compete Themes.