Press "Enter" to skip to content

“Müstəqil Azərbaycanın banisi”

Tədbir zamanı

Son yeniləmə: 2 May 2023 13:05

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib

BAYRAQDAR MEDİAAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Müstəqil Azərbaycanın banisi” adlı konfrans keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 2-də Agentlikdən məlumat verilib.

Məlumatda deyilir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət zamanı
Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət zamanı

Bildirilib ki, konfrans Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyevin açılış nitqi ilə başlayıb. Azay Quliyev qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə ölkəmizi zamanın mürəkkəb tarixi sınaqlarından və siyasi təlatümlərindən müvəffəqiyyətlə çıxarmış, bütün təhlükələrə və təhdidlərə baxmayaraq, qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, fitri istedadı, qətiyyəti, müdrüklüyü və əzmkarlığı sayəsində ölkəmizin gerçək müstəqilliyini və inkişafını təmin etməyi bacarmışdır: “Ulu Öndəri hər zaman müvəffəq edən və qarşısında duran bütün çətinlikləri və maneləri dəf etməyə güc verən əsas amillər nə idi? Birinci, xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı və dəstəyi. İkinci, siyasət nəhəngi olan Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti. Üçüncü, Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi idi”.

Azay Quliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında mühüm xidmətlərindən biri də Azərbaycanın müstəqilliyinin və inkişafının davamını etibarlı şəkildə təmin edən, 44 günlük Vətən müharibəsində şanlı və tarixi Zəfəri xalqımıza yaşadan İlham Əliyev kimi layiqli siyasi varisi, qətiyyətli lideri yetişdirməsi idi: “Banisi olduğu müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq isə hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Əminəm ki, dünya siyasəti tarixinə adını qızıl hərflərlə yazdırmış, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaq, Heydər Əliyev siyasəti Azərbaycanın müstəqlliyinə və inkişafına əbədiyyən xidmət edəcəkdir”.

Tədbir zamanı
Tədbir zamanı

Məlumata əsasən, konfransda Milli Məclisi sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Heydər Əliyevin qurtuluş missiyası”, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Heydər Əliyevin elm, təhsil və səhiyyə siyasəti”, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Heydər Əliyevin xarici siyasəti”, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova “Heydər Əliyev siyasəti insan hüquq və azadlıqlarının etibarlı təminatıdır”, MQF-nin prezidenti Rauf Zeyni “Heydər Əliyev vətəndaş cəmiyyətinin qurucusudur”, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev “Heydər Əliyevin müstəqil medianın formalaşmasında tarixi xidmətləri” mövzusunda məruzə ilə çıxış ediblər.

Aygün Əliyeva
Aygün Əliyeva

“Heydər Əliyevin gənclər siyasəti” mövzusinda çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki “Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və digər sahələrdə mövcud olan problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları, inkişaf strategiyaları qəbul edildi. Gənclər siyasətində idmanın inkişaf etdirilməsinə və onun kütləviliyinin artırılmasına isə xüsusi diqqət yetirildi. Bu gün Heydər Əliyevin gənclər siyasəti Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə daha səmərəli və mütəşəkkil formada davam edir”.

Sonra Ümummilli lider Heydər Əliyevin ifasında səslənən və Ulu Öndərə həsr edilən mahnılardan ibarət konsert proqramı nümayiş edilib.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu
Mission News Theme by Compete Themes.