Press "Enter" to skip to content

Mosul Bahar Festivalı keçirilib

Festival zamanı

Son yeniləmə: 2 May 2023 14:15

BAYRAQDAR MEDİAMosulda “Ninova Bahra, Barış ve İmar Şehri” şüarı ilə keçirilən Mosul Baharı Festivalına maraq böyük olub.

Türkmeneli TV-nin məlumatına görə, İraq Türkmən Cəbhəsinin sədri Hasan Turan bununla bağlı mesaj yayıb.

Festivalın uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edən H.Turan mesajında bildirib ki, regionda sülh və sabitlik bərpa olunub.

H.Turan festivalda türkmənlərin sıx iştirakına diqqət çəkib. O, türkmənlərin Mosulun əsl mədəniyyətini, ədəbiyyatını və incəsənətini əks etdirdiyini bildirib.

Bundan əlavə, H.Turan bu cür festivallarda iştirakına görə İTC-nin Mosul və Təlafər təşkilatlarına təşəkkürünü bildirib, türkmən mədəniyyətinin hər zaman əks olunmasının zəruriliyini vurğulayıb.
İraq Prezidenti və Milli Məclis sədrinin iştirakı ilə keçirilən festivala çoxlu sayda vətəndaş, dövlət xadimi, qeyri-hökumət təşkilatları, siyasi partiyaların nümayəndələri qatılıb.

Mission News Theme by Compete Themes.