BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında miniatür kitablar içində Mustafa Kemal Atatürkün məşhir nitqini əks etdirən “Nutuk” kitabı da var.
Nəşrdə “Əziz millətimə tövsiyəm”, “Sakarya meydan müharibəsi”, “Ordunun başına keçməyimi istəyənlər”, “Milli vergilər əmri”, “Anadolunun ortasında yenidən çıxan bəzi daxili üsyanlar” və s. başlıqlarda M.K.Atatürkün sözləri, fikirləri verilib.
Kitabın sonunda “Türk gəncliyinə qoyduğum əmanət” başlıqlı yazıda isə o, gənclərə xitab edərək deyir: “Cənablar, mən bu nitqimlə milli varlığı sona çatmış hesab edilən böyük bir millətin müstəqilliyini necə qazandığını, elm və texnikanın ən son prinsiplərinə əsaslanan milli və müasir dövlət qurduğunu izah etməyə çalışdım. Bu gün əldə etdiyimiz nəticə əsrlər boyu çəkilən milli fəlakətlərin yaratdığı sayıqlığın əsəri və bu əziz vətənin hər guşəsini sulayan qanların bədəlidir. Ey türk gəncliyi! Sənin birinci vəzifən Türk istiqlalını, Türkiyə Cümhuriyyətini sonsuza qədər qoruyub saxlamaq və müdafiə etməkdir. Mövcudluğunun və gələcəyinin yeganə təməli budur”.