BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, İsrail parlamenti – Knessetin 32 üzvü ölkənin xarici işlər nazirinə müraciət edərək Güney Azərbaycanın azadlıq mücadiləsinə dəstək verilməsini istəyib.
İsrail deputatlarından Güney Azərbaycan azadlıq hərəkatına dəstək
Mayın 2-də bir sıra media qurumları məlumat yayıb ki, bu deputatlardan 25 nəfəri öz imzasını geri çəkib. Buna səbəb kimi İsrail kəşfiyyat naziri Gila Gamlielin deputatlara basqısı göstərilir. Qeyd edilir ki, İsrail kimi qüdrətli bir dövlətin kəşfiyyat naziri İranda hakimiyyətə iddia edən və hazırda mühacir həyatı yaşayan Pəhləvi xanədanı varisinin hədələri qarşısında bu addımı atıbmış…
Açığı, belə bir davranış bizi də təəccübləndirməyə bilməz. Azərbaycanlılar dünyanın hər tərəfində, hətta Güney Azərbaycanda və bütünlükdə İranda basqılara baxmayaraq İsrail dövlətinə və yəhudilərə rəğbət ifadə etməkdən çəkinmir. Hətta dünyanın bir çox yerlərində azərbaycanlılar məhz İsraili və yəhudiləri ən yaxın dost hesab edir. Belə bir durumda İsrail kəşfiyyat nazirinin bu davranışı, əlbəttə ki, İranın fars-molla rejiminin əlinə oynamaqdan başqa bir şey sayıla bilməz. Ki, bununla da yəqin ki, İsrail dərin dövləti məşğul olmalı olacaq…