BAYRAQDAR MEDİA – Bəhramtəpə Melioservis İdarəsi mövsümə uyğun olaraq meliorativ tədbirlərini davam etdirir.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 2-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
O, qeyd edib ki, İdarə Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında təsərrüfatlararası, təsərrüfatdaxili suvarma və kollektor drenaj sistemlərinin lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, bərpası və yenidən qurulması, o cüməldən torpaq məcralı kanalların beton üzlüyə alınması işlərini həyata keçirir: “Bundan başqa idarə tərəfindən su itkisinin qarşısının alınması, suyun maneəsiz olaraq su istifadəçilərinə çatdırılması üçün nov kanalların quraşdırılması işləri aparılır. Artıq bu işlər İmişli rayonunda yekunlaşıb. Beyləqan rayonunda isə son tamamlanma işləri görülür”.
Məlumata əsaəsn, Beyləqan rayonun Kəbirli kənd sakinlərinin sözlərinə görə əvvəllər kənd ərazisindən keçib gedən kanala su gəldikdə kəndin bir hissəsində problemlər yaranırdı: “Sızmaların çox olduğu kanalın nov kanalla əvəzlənməsi artıq bu problemləri aradan qaldıracaq. Qeyd edək ki, Bəhramtəpə Melioservis İdarəsi tərəfindən bu il İmişli rayonunun Ağammədli nov kanalında 1.2 km, rayon ərazisindən keçən digər kanalda isə 1 km beton üzlüyə alınma işləri nəzərdə tutulub. Bundan başqa İmişli rayonu ərazisində kollektorların lildən təmizlənməsi də plan üzrə həyata keçiriləcək”.