BAYRAQDAR MEDİA – Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar Bakı şəhəri Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 2-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
“Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir” deyə məlumatda qeyd edilib.