Press "Enter" to skip to content

ÜST ölkə üzrə Birgə Xarici Qiymətləndirmə keçirir

Beynəlxalq Xarici Qiymətləndirmə

BAYRAQDAR MEDİA – Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya başlayandan COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ilə yaxından əməkdaşlıq edir və birlikdə bir sıra layihələr həyata keçirir. Əməkdaşlığın davamı olaraq qurum Səhiyyə Nazirliyinin təklifi ilə ölkə üzrə Birgə Xarici Qiymətləndirmə (BXQ) də keçirir.

Bu haqda SN-nin BAYRAQDAR MEDİA-ya mayın 1-də verdiyi xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “BXQ ölkənin ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə hallara qarşı hazırlıq səviyyəsinin müəyyən edilməsi, qiymətləndirilməsi, qarşısının alınması üçün lazım olan alətlərdən biridir. BXQ-nin məqsədi ölkədə fövqəladə hallara qarşı hazırlıq səviyyəsinin müəyyən edilməsi və hədəflərin əlçatanlığını ölçməkdir. BXQ-də SN-ni İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova təmsil edir”.

Qeyd edək ki, BXQ mayın 5-dək davam edəcək.

Mission News Theme by Compete Themes.