Son yeniləmə: 1 May 2023 12:34
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə universitetlərində təhsil alan tələbələrin sayı 6 milyon 950 minə çatıb.
Bu barədə Karadeniz Gazetesi məlumat yayıb.
Məlumatda deyilir: “YÖK (Türkiyə Yüksek Öğretim Kurulu) 2022-2023-cü tədris ili üçün ali təhsil statistikasını açıqlayıb. Buna görə, Türkiyədə 208 ali təhsil müəssisəsində 6 milyon 950 min 142 tələbə və 184 min 566 professor-müəllim heyəti var. Tələblərdən 6 milyon 204 min 78-i dövlət universitetlərində, 735 min 433-ü vəqf universitetlərində, 10 min 631-i isə vəqf peşə liseylərində təhsil alır”.
O da qeyd edilib ki, bu tədris ilində ali məktəblərə 1 milyon 846 min 654 yeni tələbə qəbul olunub: “Bunlardan 1 milyon 620 min 688 nəfəri dövlət, 221 min 494 nəfəri vəqf universitetlərinə, 4 min 472 nəfəri isə təməl peşə məktəblərində qəbul olunub. 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrini 903 673 nəfər bitirib. Bunlardan 773 min 325-i dövlət, 127 min 957-si vəqf universitetlərini, 2 min 391-i vəqf peşə liseylərini bitirib”.
Vurğulanıb ki, 2022-2023-cü tədris ilində cəmi 184 min 566 müəllimdən 154 min 981-i dövlət universitetlərində, 29 min 338-i vəqf universitetlərində, 247-si isə təməl peşə məktəblərindədir.