Son yeniləmə: 1 May 2023 17:05
Dos. Dr. Oğuz Göksu : Müxtəlif ölkələrin maliyyələşdirdiyi agentliklərin yaydığı xəbərlər müsəlmanlara qarşı düşmənçiliyi qızışdırır
BAYRAQDAR MEDİA – “Türk dünyası bu gün nifrət nitqi və islamofobiyaya qarşı mübarizə aparır. Onu da deyim ki, Türkiyə və türk dünyası İslam düşmənçiliyinə qarşı mübarizə apararkən fərqlilikləri zənginlik kimi görür və birlikdə yaşamaq mədəniyyəti ilə dünyaya nümunə olur”.
Bunu Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığı Basın ve Yayın Dairesi Başkanı, TRT Yönetim Kurulu üyesi Dos. Dr. Oğuz Göksu bildirib.
Yeni Zelandiyada müsəlmanlara qarşı törədilən terror aktından sonra 15 mart tarixinin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edildiyini xatırladan Doç. Dr. Oğuz Göksu bunun islamofobiya ilə mübarizənin miqyasını göstərmək baxımından kritik hədd olduğunu vurğulayıb.
Anti-İslamçılığın yayılmasında medianın danılmaz mövqeyə malik olduğunu bildirən Doç. Dr. Oğuz Göksu bunun mənfi fəsadları barədə aşağıdakıları bildirib: “Mətbuatın məsuliyyətsiz münasibəti və müsəlmanlarla bağlı təxribat xarakterli xəbər siyasəti, xüsusilə də müxtəlif ölkələrin maliyyələşdirdiyi agentliklərin yaydığı xəbərlər müsəlmanlara qarşı düşmənçiliyi qızışdırır, müsəlmanlara qarşı hücumlar ayrı-seçkiliyə səbəb olur. Bu kontekstdə bu mübarizənin bir hissəsi olaraq Türkiyə dövlətləri və media mənsubları bu sahəyə böyük önəm verməlidirlər”.