Son yeniləmə: 1 May 2023 13:05
BAYARQDAR MEDİA – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndələri Serbiyanın Belqrad şəhərinə səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının Çoxtərəfli Saziş Şurasının (MAC) 48-ci iclasında iştirak edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 1-də Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, iclasda bir sıra məsələlər müzakirə edilib.
Səfər çərçivəsində Serbiyanın Akkreditasiya Orqanı, Yunanıstanın Ellin Akkreditasiya Sistemi və Böyük Britaniya və Şimali İrlandiya Krallığının akkreditasiya orqanı olan UKAS ilə Azərbaycan Akkreditasiya Mərkəzi arasında Anlaşma Memorandumları imzalanıb: “İkitərəfli əsasda imzalanmış Memorandumlarda ticarətdə texniki maneələrin aradan qaldırılması, akkreditasiya sahəsindəkadrlarınhazırlanmasıvətəcrübə mübadiləsinin aparılması, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası, qiymətləndirmədə iştirakın təmin olunması və digər əlaqəli sahələrdə əməkdaşlıq məsələləri öz əksini tapıb”.