Son yeniləmə: 1 May 2023 12:02
BAYRAQDAR MEDİA – Aprelin 30-da Milli Muğam Müsabiqəsinin qaliblərinin adları açıqlanıb və onlar mükafatlandırılıblar.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “münsiflərin yekdil rəyinə əsasən xanəndəlik üzrə müsabiqədə birinci yerə Mirəli Sarızadə layiq görülüb. Xəyal Hüseynov ikinci yeri tutub, Zümrüd Məmmədova və Daşqın Kürçaylı isə üçüncü yerləri bölüşüblər. İnstrumental ifaçılıq kateqoriyasında isə birinci yerə Vaqif Təhməzov, ikinci yerə Cahandar Mikayılov, üçüncü yerlərə Bayraməli Əliyev və Soltan Nadirov layiq görülüb”.
Müsabiqə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilib.
Qeyd edək ki, qaliblərdən Mirəli Sarızadə və Vaqif Təhməzov Azərbaycanı “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalında təmsil edəcək.