Son yeniləmə: 1 May 2023 15:58
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək layihəsi” çərçivəsində Tərtər və Ağcabədi rayonlarında ictimai dinləmələr keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 1-də nazirlikdən məlumat verilib.
Bildirilib ki, məqsəd məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyalarını layihəyə cəlb etməkdir: “Öz biznesini qurmaq istəyən işaxtaran və işsiz şəxslərin iştirakı ilə keçirilən görüşlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər barədə məlumatlar verilib. Proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları diqqətə çatdırılıb”.