Press "Enter" to skip to content

Fars-molla rejimi Güney Azərbaycanlı xanıma basqıları artırıb

Nərgiz Məhəmmədi

BAYRAQDAR MEDİA – Fars-molla rejiminin Tehran zindanında məhkumluq dövrünü yaşayan İran İnsan Haqları Birliyinin sədr müavini Nərgiz Məhəmmədiyə qarşı basqılar çoxalıb.

Bu haqda xəbəri Azad İran Telegram kanalı yayıb.

Mediada yayılan xəbərlərə istinadla bildirilir ki, prokurorluq xanım N.Məhəmmədini 8 yeni ittiham ilə tanış olmaq üçün çağırıb, lakin o, çağırışı rədd edib.

O da bildirilir ki, son həftələr N.Məhəmmədiyə qarşı basqılar artıb, xaricdə yaşayan həyat yoldaşı və övladları ilə telefon əlaqəsinə icazə verilmir.

Qeyd edilir ki, əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi hazırda da Tehranın Evin zindanında saxlanılır. Ona 10 il 8 ay həbs, 154 şallaq cəzası verilib.

Mission News Theme by Compete Themes.