BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin baş mütəxəssisi Rövşən Məmmədli dünyada ilk olan “Suraxanı” Gəmi-Muzeyi adlı məqalə yaradıb.
Məqalə ilə bağlı Rövşən Məmmədli BAYRAQDAR MEDİA-ya məlumat verib: “Məqaləni yaradarkən müxtəlif mənbələrdə bu muzey haqqında olan məlumatları araşdırdım. Bildirim ki, muzeydə İkinci Dünya müharibəsi illərində, eləcə də 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin qəhrəmanlıq salnaməsi yer alır. Həm də muzeydə Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafı üçün göstərdiyi fəaliyyət haqqında interaktiv kitab, Prezident İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi layihələri əks etdirən info-monitor da var”.
Qeyd edək ki, sözügedən muzeyin açılışı 2021-ci il martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub. Muzeyin əsas özəlliyi digər muzeylərdən fərqli olaraq gəmidə yerləşməsidir.