Son yeniləmə: 1 May 2023 15:08
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə mayın 14-də keçiriləcək seçkilərə hazırlıq davam edir. Bu arada Milliyyətçi Hərəkat Partiyasının genel başqanı Devlet Bahçeli Karabükdə keçirilən mitinqə qatılıb.
Partiyasının təşkil etdiyi “14 mayda növbə sənindir əzizi millətim” mövzulu mitinqdə D.Bahçeli müxalif düşərgəyə qarşı tənqidlər səsləndirib: “Mən buradan “Gəli gəlməkdə olan” nağılını danışan, “Sənı söz” aldatmasıyla təsəlli tapan ikiüzlülərə səslənirəm – Hara gəlirsiniz? Necə gəlirsən? Kiminlə gəlməyi xəyal edirsiniz”.
Karadeniz Gazetesinin məlumatına görə, D.Bahçeli deyib ki, “Gecənin qaranlığında, zillətin dalana dirənmiş küçələrində hakimiyyət və siyasi uğur axtaran Türkiyə müxaliflərinin qalın maskası mayın 14-də qoparılacaq. Əslində, rüsvay olanların hökmü sübh çağına qədərdir. Qərar anı gəldiyində, türk milləti möhürü götürdüyündə PKK-nın və FETÖ-nün gücləndirilmiş rüsvayçı ittifaqının orqanına çevrilən partiyaları görən, eşidən, tapan olmayacaq. Mayın 14-dən sonra Prezident İdarəetmə Sistemi ikinci dövrünə qədəm qoyacağıq”.
D.Bahçeli sonda “Heç yerə getmirik, getməyi də düşünmürük, hətta deyirik ki, gələcəyiniz varsa, görəcəyiniz da var” deyə əlavə edib.