Press "Enter" to skip to content

Bu, Türkiyəyə çox ciddi töhfələr verəcək

Panel iclası zamanı

Son yeniləmə: 1 May 2023 09:11

Türk Dünyası Köşə Yazarları Simpoziumunda Türkiyənin enerji sahəsində son 20 ildə əldə etdiyi uğurlardan bəhs edildi

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, İstanbulda Türk Dünyası Köşə Yazarları Simpoziumu keçirilib. Aprelin 27-də simpoziuma “Yeni əsrdə media” mövzusunda panellə yekun vuruldu.

Bu, ən əhəmiyyətli iki kəşfdir

Panel Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığı uluslararası medya koordinatoru Doğan Eşkinatın moderatorluğu ilə keçirildi.

Doğan Eşkinat
Doğan Eşkinat

Paneldə çıxış edən Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) genel müdür yardımcısı Ahmet Türksoy etdikləri kəşf etdikləri neft yataqları ilə bağlı məsələlərə toxunaraq bunları dedi: “Mən burada iki çox mühüm kəşf haqqında danışmaq istəyirəm. Türkiyə-Suriya sərhədindəki Şəhid Esma Çevik və Şəhid Aybüke Yalçın yataqları. Bu iki kəşf həm ölçü, həm də geoloji baxımdan türk yataq kəşfiyyatı tarixində ən əhəmiyyətli iki kəşfdir”.

40 quyu ilə 40 milyon kubmetr qaz hasil ediləcək

Bildirildi ki, bu, Türkiyəyə gələcək üçün istehsal baxımından çox ciddi töhfələr verəcək: “Bundan əlavə, bu, geoloji tədqiqatlarda və yeni kəşflərdə bizim üçün çox mühüm üfüq açdı. Bu kəşflər bizi çox həyəcanlandırır. Xüsusilə Şəhid Aybüke Yalçın yatağında etdiyimiz kəşf Türkiyədə indiyə qədər edilən ən böyük kəşfdir. Ehtiyat rəqəmini hələlik açıqlamaq məqsədəuyğun olmaya bilər, amma söhbət çox böyük ehtiyatdan gedir”.

Ahmet Türksoy
Ahmet Türksoy

Sakarya qaz yatağının 2020-ci ilin avqustunda kəşf edildiyini vurğulayan Ahmet Türksoy “İndi 1-ci mərhələ işimizi başa çatdırdıq. 1-ci mərhələ çərçivəsində biz 10 quyu qazdıq. Gündə 10 milyon kubmetr istehsal edəcəyik ki, bu da Türkiyənin istehlakının təxminən 7 faizini təşkil edir. İkinci mərhələdə bu 10 quyuya daha 30 quyu əlavə edəcəyik və 40 quyu ilə 40 milyon kubmetr qaz hasil edəcəyik. Bu 2-ci mərhələyə çatdığımız zaman Türkiyənin istehlakının təxminən 25 faizini qarşılayacağıq. Biz bu 40 milyon kubmetri 2027-ci ilin sonuna kimi çıxarmağı hədəfləyirik”, – deyə bildirdi.

Vahid əlaqə mərkəzinin yaradılması ümumi işin xeyrinə olar

Çıxış edən Enerji Piyasaları İşletme A.Ş (EPİAŞ) Strateji geliştirme direktor vəkili Avni Çebi öncə belə bir simpoziumun əhəmiyyətinə toxundu. O, qeyd etdi ki, simpozium iştirakçılarının arasında əlaqələrin davamlı olması üçün vahid əlaqə mərkəzinin yaradılması ümumi işin xeyrinə olar.

Avni Çebi
Avni Çebi

Daha sonra Avni Çebi təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verdi.

Panelin son çıxışçısı BOTAŞ-ın Doğal Gaz Alım ve İhracat Daire başkanı Yunus Emre İcik da təmsil etdiyi qurumun son 20 ildə əldə etdiyi uğurlardan bəhs etdi.

Yunus Emre İcik
Yunus Emre İcik

Ümumilikdə Türkiyənin enerji sahəsindəki irəliləyişləri və qarşıdakı məqsədləri haqqında məlumat verildiyi paneldə sonda iştirakçıların sualları cavablandırıldı.

Mission News Theme by Compete Themes.