BAYRAQDAR MEDİA – Azərbaycanı Avroviziyada təmsil edən TuralTuranX qardaşları səhnə məşqlərinə başlayıblar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 1-də İTV-dən daxil olub.
Xəbərdə deyilir ki, “Azərbaycanı bu il Avroviziyada təmsil edən Tural və Turan əkiz qardaşları – TuralTuranX artıq müsabiqənin keçirildiyi Liverpul şəhərindədirlər. Əkizlər mayın 9-da 1-ci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərinə başlayıblar”.
O da xatırladılır ki, “onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Müsabiqə İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq”.
“Avroviziyanın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər”, – deyə xəbərdə bildirilir.