BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, aprelin sonunda Azərbaycan dövləti Ermənistanla şərti sərhədin Laçın rayonu istiqamətində öz suveren hüquqlarını bərpa edib. Bunun ardınca da qeyd olunan ərazidə sərhəd keçid məntəqəsi quraşdırılıb.
Azərbaycanın bu suveren hüquqlarını təmin etməsi Ermənistan və onun havadarlarının saxta ağlaşmalarına səbəb olub. Onlar iddia edir ki, bu yolla Azərbaycan “yazıq və bədbəxt ermənilər”in hüquqlarını pozur və hətta onlara “soyqırım” tətbiq edir.
Elədirmi? Təbii ki, elə deyil.
Üstəlik, məntəqədən yayılan videolardan da görünür ki, Azərbaycan sərhədçiləri ermənilərlə çox nəzakətli davranır, onları adi çək-çevirə də salmır. Elə videolardan birini təqdim edirik.