Son yeniləmə: 1 May 2023 13:18
BAYRAQDAR MEDİA – Aprel ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 10 550 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 1-də qurumdan məlumat verilib.
Bildirilib ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 6 min 485 zəng daxil olub: “Vətəndaşların Qəbulu Mərkəzinə 2 171 vətəndaş müraciət daxil olub: “BŞTİ-yə 1 min 466 sənəd (vətəndaşlar tərəfindən 296 ərizə, Elm və Təhsil Nazirliyindən 233, digər qurumlardan 236, məktəbəqədər və ümumtəhsil müəssisələrindən 512 məktub və 189 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 428 elektron müraciətə baxılıb. Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər müvafiq məsələləri əhatə edib”.