Son yeniləmə: 28 Aprel 2023 08:22
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Yakın Doğu Universitetininin müəllim sənətçiləri tərəfindən “Çempion mələklər”in xatirəsinə təşkil edilən sərginin açılışını edib.
KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar çıxışında Türkiyədə fevralın 6-da baş verən zəlzələdə həyatını itirən canların və çempion mələklərin acısının heç vaxt unudulmayacağını ifadə edib. O, bu sərginin anlamının böyük olduğunu deyib.
Ailələrin hər zaman yanında olacağını bildirən E.Tatar sənətçilərdən bu ağrılı hadisəni əsərlərində əks etdirmələrini xahiş edib.
“Kipr türkləri bu ağrı ilə bir ürək oldular.İtirilmiş həyatlarımız qəlbimizdə yaşayacaq. Allahdan onlara rəhmət, sizə səbr diləyirəm”.