BAYRAQDAR MEDİA – YARAT Müasir İncəsənət Məkanı Kommünike layihəsinin növbəti buraxılışında “Dərman arardım dərdimə” sərgisində nümayiş olunan “Səni sevirəm” quraşdırması haqqında məlumat verilib.
Bu haqda YARAT-ın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “statistikaya görə Azərbaycanda məişət zorakılığına məruz qalanların təxminən 80 faizi qadınlardır. Rəssam əsərində, qadın qətlləri zamanı ən çox istifadə edilən silahlar ilə qatillərin bu cinayətlərə haqq qazandırmağa çalışarkən ən çox istifadə edilən “Səni sevirəm” ifadəsini yazıb. Gender bərabərsizliyi bütün zamanların ən mühüm dərdlərindən biridir. Qadınlar cəmiyyətdə istisnasız olaraq bərabər azadlığa, imkanlara, seçimlərə, istəklərə və hüquqlara malikdirlər”.
Qeyd edək ki, sərgi 4 may tarixinə qədər ARTIM Layihə Məkanında davam edəcək.