BAYRAQDAR MEDİA – İyunun 1-də Heydər Əliyev Sarayında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Tarix yazan imza” adlı xeyriyyə tədbiri keçiriləcək.
Bu haqda sözügedən Sarayın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, ““Heydər Əliyev ili”nə həsr olunmuş bu tədbirdə ümummilli liderin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film və videoçarxlar nümayiş olunacaq. Tədbirdə solistlər – Faiq Ağayev, Fidan Hacıyeva, Mübariz Tağıyev, Fərqanə Qasımova, Gülüstan Əliyeva və “İdrak” liseyinin şagirdləri çıxış edəcək”.
Qeyd edək ki, tədbir saat 19:00-da başlayacaq.