Press "Enter" to skip to content

Prezident Zərifə Əliyevanın məzarını ziyarət edib

İlham Əliyev Zərifə Əliyevanın məzarı önündə

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev aprelin 28-də Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və Prof. Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Prezident İlham Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, aprelin 28-də Z.Əliyevanın anadan olmasının 100-cü ili tamam olur.

Mission News Theme by Compete Themes.