Son yeniləmə: 28 Aprel 2023 09:37
BAYRAQDAR MEDİA – Mayın 14-də keçiriləcək prezident seçkiləri və Türkiyədə 28-ci dönəm parlament seçkiləri üçün artıq KKTC-də səsvermə başlayıb. Səsvermə mayın 9-dək davam edəcək.
Kibris Postası xəbər verir ki, KKTC-də yaşayan Türkiyə vətəndaşları üçün Güzelyurtda səsvermə 3 gün, 29, 30 aprel və 1 may tarixlərində keçiriləcək: “Seçkilərdə Lefkoşada 16, Gazimağusta 7 və Güzelyurtda 3 olmaqla cəmi 26 seçki qutusu qurulub. Seçicilər 3 mərkəzdən hər hansı birində səs verə biləcəklər”.