Press "Enter" to skip to content

İsrail deputatlarından Güney Azərbaycan azadlıq hərəkatına dəstək

Knesset

BAYRAQDAR MEDİA – İsrail Knessetinin (parlament) deputatları ölkənin Xarici İşlər Nazirliyinə müraciət edərək Güney Azərbaycanlıların azadlıq mücadiləsinə dəstək verilməsini istəyiblər.

Bu haqda xəbəri aprelin 28-də EkhoKavkaza media resursu yayıb.

Xəbərdə qeyd edilir ki, deputatlar XİN-dən Güney Azərbaycanın müstəqillik hərəkatına beynəlxalq dəstək təmin etməyi istəyiblər.

Müraciəti Knesset üzvlərinin dörddə biri – 32 nəfər imzalayıb. Müraciətdə İran rejiminin Güney Azərbaycanlılara qarşı soyqırım siyasəti yürütdüyü vurğulanıb. Eyni zamanda bu millətin ən adi hüquqlarının məhdudlaşdırıldığı qeyd edilib. O da bildirilib ki, Güney Azərbaycanlılar öz uşaqlarına milli adlar verə bilmirlər.

Mission News Theme by Compete Themes.