Press "Enter" to skip to content

Dövlət Xidmətinin xanımları Zərifə Əliyevanı yad edib

Ziyarətdən görüntü

BAYRAQDAR MEDİA – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qadın hərbi qulluqçuları akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

Xəbəri sözügedən qurum yayıb.

“Aprelin 28-də Azərbaycanın görkəmli oftalmoloq-alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100-cü ildönümü günündə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qadın hərbi qulluqçuları Fəxri xiyabanı ziyarət edib. Akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad edilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.