Press "Enter" to skip to content

Din xadimi: Quranda hicabla bağlı hökm yoxdur

Naser Qəvami

BAYRAQDAR MEDİA – İranlı din xadimi deyir ki, Quranda hicabla bağlı hər hansı hökm yoxdur. Onun fikrincə, geyim ümumiyyətlə məkan və zamana görə seçilir. O, həmçinin qeyd edib ki, “bu qədər problemlər var ikən yalnız hicaba diqqət yetirilməsi düzgün deyil. Quranda hicabsızlığın haram olması haqda hökm yoxdur!”

Bu haqda xəbəri Azad İran Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, İran parlamentinin 6-cı çağırış deputatı Naser Qəvami bildirib: “Hicab, xüsusilə də hansı formada geyim olması bu günlərdə cəmiyyəti iki yerə bölüb. İslamdan öncəki İranda qadınların bir geyimi var idi ki, bu da coğrafiyadan və digər şəraitdən asılıdır. Məsələn, 50 il öncə Rudbar qadınlarının paltarları elə idi ki, ayaqlarının üstü bir qarış görünürdü. Ümumiyyətlə, qadın geyimi zaman və məkan şəraiti ilə bağlıdır. Əslində, hicabsızlığın haram olması ilə bağlı Quranda göstəriş yoxdur. Bu, iqtisadi vəziyyətin ictimai rəyi çaşdırdığı bir vaxtda narahatedici bir məsələdir ki, daxili qarşıdurmanın güclənməməsi üçün qərar qəbul edənlərin tezliklə bu problemin həllini tapması lazımdır.”

Mission News Theme by Compete Themes.