Son yeniləmə: 28 Aprel 2023 08:21
Böyükşəhər Bələdiyyəsi Şəhər Kitabxanası açılıb
BAYRAQDAR MEDİA – Denizlidə elm, mədəniyyət və incəsənət mərkəzi olmaq məqsədi ilə inşa edilən Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzi Şəhər Kitabxanası açılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya bələdiyyədən məlumat verilib.
Bildirilib ki, eyni anda 225 nəfərə xidmət göstərə bilən, 5 min 574 kitabdan ibarət Böyükşəhər Bələdiyyəsi Şəhər Kitabxanasının açılış mərasimi böyük coğu ilə keçirilib. Mərasimdə AK Parti Denizli millət vəkili Cahit Özkan, Denizli Böyükşəhər Bələdiyyə başqanı Osman Zolan, Pamukkale Universitetinin (PAU) rektoru Prof. Dr. Ahmet Kutluhan, Pamukkale kaymakamı Uğur Bulut, qonaqlar və çox sayda şagird qatılıb.
PAU rektoru Prof. Dr. Ahmet Kutluhan çıxışında belə əhəmiyyətli bir binanın açılışında olmaqdan çox məmnun olduğunu ifadə edib: “Bizim Böyükşəhər Bələdiyyəmiz hamı üçün işlədiyi kimi, xüsusilə gənclər üçün böyük işlər görür. Bizim borcumuz universitet, universitet professorları, universitet tələbələri olaraq bu yerləri doldurmaqdır”.
Denizli Böyükşəhər Bələdiyyə başqanı Osman Zolan isə vəzifəyə gəldikləri ilk gündən Denizlinin bütün ehtiyaclarını qarşılamaq üçün səy göstərdiklərini ifadə edib. O, fiziki sərmayələrlə yanaşı, sosial və mədəni əsərlərə də önəm verdiklərini bildirib.
Osman Zolan “Gənclərimiz bura gəlib elm mərkəzində fizika, kimya, riyaziyyat fənləri ilə görüşəcəklər. Gənclər bizim gələcəyimizdir, göz bəbəyimizdir” deyib.