Son yeniləmə: 28 Aprel 2023 10:34
BAYRAQDAR MEDİA– Ankarada Kazan tatar xalqının xalq şairi Abdulla Tukayın (Qabdulla) anım proqramı keçiriləcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Qeyd edilib ki, Abdulla (Qabdulla) Tukay Kazan tatar ədəbiyyatının qızıl dövrü kimi tanınan 1905-1917-ci illər arasında tatar dilini çağdaş ədəbi dilə çevirən yazıçılardan biri olub.
27 illik qısa ömründə 214 şeir və hekayə sığdıran Tukay Kazan tatar və türk ədəbiyyatında silinməz iz qoyub.
Abdulla Tukay vəfatının 110-cu ildönümü çərçivəsində aprelin 29-da Ankarada büstünün başında anılacaq.
Anım tədbiri 29 aprel 2023-cü il tarixində saat 14.00-da baş tutacaq.