Press "Enter" to skip to content

Bolqarıstanda hökumət arayışı davam edir

Bolqarıstan parlamenti

Son yeniləmə: 28 Aprel 2023 10:28

BAYRAQDAR MEDİA – Bolqarıstanda hökumət qurmaq istiqamətdə cəhdlər davam edir. Bu arada GERB-SDS ilə “Prodaljavame Promyanata” – “Demokratik Bolqarıstan” arasında baş tutan görüşdən sonra məlum olub ki, hər iki tərəf barışığa yaxın deyil.

Radio Bolqarıstan xəbər verir ki, GERB-SDS Nazirlər Şurasının tərkibinin və strukturunun həftənin sonuna kimi onlara təqdim olunmasını istəyib.

GERB-SDS Parlament Qrupunun sədri Desislava Atanasova deyib: “Əgər bu, nəzərdə tutulan müddətlərdə baş verməsə, PP-DB-nin ümumi çoxluq və hökumətin formalaşmasına ciddi yanaşmadığına inanmaq üçün bütün əsaslarımız olacaq”.

Mission News Theme by Compete Themes.