BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev aprelin 28-də qardaş Türkiyəli idmançıların təltif edilməsi ilə bağlı Sərəncam verib.
Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Sərəncamda deyilir ki, “İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Cansu Bektaş
Gamze Altun
Nuray Güngör”.