Son yeniləmə: 28 Aprel 2023 08:26
BAYRAQDAR MEDİA – “ATİB də çox yeniliklər var. Əsas yenilik isə sərmayəçilərlə bağlıdır. ATİB Azərbaycana daha çox xarici sərmayəçilərin, xüsusilə də türk sərmayəçilərin cəlb olunması üçün öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək üçün var gücü ilə çalışır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Cemal Yanğın deyib.
O, qeyd edib ki, Azərbaycan xarici sərmayəçilərlə bağlı dünyaya açıq və bu istiqamətdə əməkdaşlıq üçün ən münbit ölkədir: “44 günlük Vətən müharibəsindən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərə, Qarabağa sərmayə qoymaq üçün xarici ölkələrə və təşkilatlara müraciət edib. Bu müraciətlər də müsbət cavablar verilir. Həmçinin Azad İqtisadi Zonalarla bağlı da çox böyük işlər görülür və bundan sonra da görüləcəkdir. Qeyd etdiyim kimi, biz də ATİB olaraq bu istiqamətdə üzərimizə düşən vəzifənin icrası üçün hər zaman ön sıradayıq”.
Azərbaycanda atılan addımlardan və əldə edilən uğurlardan böyük məmnunluqla bəhs edən C.Yanğın daha sonra bildirib: “Azərbaycan ümumiyyətlə iqtisadiyyatını gücləndirən bir ölkədir. Qardaş Azərbaycanın əldə etdiyi nailiyyətləri bizləri sevindirir. Əldə edilən nailiyyətləri sevinclə müşahidə edir, bu proseslərdə yaxından iştirak etdiyimiz üçün məmnunluq duyurq. Bir sözlə, Ümumilli lider Heydər Əliyevin 100 illiyində Azərbaycan artıq inkişaf etmiş ölkə statusuna gəlmişdir. Mən bu ölkənin hardasa 32 ilinin şahidiyəm. Bu illər ərzində aşılan çətinliklər, qazanılan uğurlar gözümün qarşısında olub. İşğal edilmiş torpaqlarımız azad etdik. Mən hər zaman deyirəm ki, biz Qarabağda müharibə etmədik. Sadəcə öz torpaqlarımızı işğaldan azad etdik. Bu torpağımız xilasetmə əməliyyatı idi. Ona görə dünyaya müraciət edirəm ki, buyursunlar gəlsinlər sərmayə qoysunlar. Azərbaycanın dostları bu ərazilərə sərmayə qoymağa tələssinlər. Düşmənlərimizə isə burada yer yoxdur. Azərbaycan bundan sonra dostları ilə yoluna davam edəcək”.