Press "Enter" to skip to content

Sosial medianın ortaya çıxması “mətbuat dördüncü hakimiyyətdir” fikrini arxa plana keçirib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – “Müasir dünyada sosial medianın önə çıxması bir sıra məqamlarda köklü dəyişikliklərə səbəb olub”.

2023-cü il fəlakətlər ili kimi yadda qalacaq

Bunu İstanbulda Türk Dünyası Köşə Yazarları Simpoziumunda “Yeni əsrdə media” mövzusunda dəyirmi masadakı çıxışında Anadolu Ajansı Yayın Danışmanı Yahya Bostan deyib.

O, qeyd edib ki, sosial medianın ortaya çıxması “mətbuat dördüncü hakimiyyətdir” fikrini də artıq arxa plana keçirib.

Günün ikinci yarısında keçirilən dəyirmi masada “Media hara gedir”, “Türk dövlətləri media və kommunikasiya sahəsində əməkdaşlıq və koordinasiyanı necə təmin etməlidir”, “Dezinformasiya ilə daha keyfiyyətli mübarizə üçün nələr edilməlidir” və “Xarici media qurumları məsələsində hansı addımlar atılmalıdır” kimi suallara cavab axtarılıb.

İştirakçılar mövzularla bağlı fikir və təkliflərini səsləndiriblər.

Mission News Theme by Compete Themes.