Son yeniləmə: 2 May 2023 15:50
BAYRAQDAR MEDİA – “Müasir dövrdə dezinformasiya əsaəs prblemlərdən biridir. Xüsusilə də milli və müstəqil siyasət yürüdən ölkələr dezinformasiya hücumuna daha çox məruz qalırlar. Biz bunu əsasən qardaş Azərbaycanın 44 günlük haqq savaşında gördük”.
Bunu aprelin 27-də İstanbulda keçirilən Türk Dünyası Köşə Yazarları Simpoziumundakı çıxışında Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığı Basın ve Yayın Dairesi Başkanı, TRT Yönetim Kurulu üyesi Dos. Dr. Oğuz Göksu deyib.
O, əlavə edib ki, “Biz Türkiyə mediası olaraq, bütün gücümüzlə çalışıb Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün çətin mübarizə apardıq. Çünki həmin zamanda bu savaş haqqında böyük düzinformasiya dünyaya yayılırdı”.