Press "Enter" to skip to content

Kitab tanıtma: Finlandiyadan 100 sosial innovasiya

Finlandiyadan 100 sosial innovasiya

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlərdən biri də Finlandiyanın keçmiş deputatı İlkka Taypalenin hazırladığı “Finlandiyadan 100 sosial innovasiya” (Sata innovaatiota Suomesta) kitabıdır.

Kitabın girişində Finlandiya Prezidenti Sauli Niinistönün giriş sözü verilib. O, innovasiyanın yalnız bəzi malların istehsalı üçün texnologiyanın hazırlanması və təkmilləşdirilməsi yox, həm də sosial, praktikada həyata keçirilmiş qərarlarla insanların cəmiyyət həyatında iştirak etməsi, maddi təminatın, sağlamlığın, ümumilikdə təhsil və rifahın yüksəldilməsi olduğunu deyir. Həmçinin əlavə edir: “Mənim ən çox bəyəndiyim innovasiya vətəndaşların bərabərliyini təmin etmək imkanını yaradan innovasiyadır. Əhalinin rifahını formalaşdırmaq və qorumaq daimi olaraq inkişaf və modernləşmə tələb edir. Bizim rifahımız yalnızca yeni texnoloji qərarların yaradılması və tətbiqinə əsaslanmır, həm də ictimai inkişaf və tərəqqiyə əsaslanır. Bu kitabda sosial sahədə bir çox ixtiralar təqdim olunur. Mən ümid edirəm ki, kitab ən müxtəlif fəaliyyət sahələrindən olan novatorları yeni və mükəmməl innovasiyalar yaratmağa həvəsləndirəcək”.

Kitabda Finlandiyanın 100 sosial, siyasi, məişət innovasiyası təqdim olunub. Məqalələrin müəllifləri qismində ya innovasiyaların ixtiraçıları, ya da onları gündəlik həyatda tətbiq edənlər çıxış ediblər. Bu insanlar fərqli yaş, ideoloji baxış, peşə və sosial qruplardan olan insanlardır. Nəşrdəki “Birliyin əsasları”, “Vətəndaş cəmiyyəti”, “Beynəlxalq əməkdaşlıq”, “Mədəniyyət”, “Sağlamlıq”, “Sosial siyasət”, “Yüksək texnologiya”, “Gündəlik əyləncələr” kimi başlıqlarda həm böyük, həm də kiçik ixtiralar, həm geniş siyasi yeniliklər, həm də kiçik məişət əyləncələri toplanıb.

Qeyd edək ki, Azərbaycan dilinə tərcüməsi “Kitabıstan”a məxsus olan nəşrin redaktoru Kamran Həsənli, korrektoru Ülkər Bədəlovadır.

Mission News Theme by Compete Themes.