Press "Enter" to skip to content

III Uluslararası Güney Azərbaycan Türkləri Forumu keçiriləcək

Güney Azərbaycanın ortaq mücadilə bayrağı

BAYRAQDAR MEDİA – Aprelin 29-da qardaş Türkiyənin İstanbul şəhərində III Uluslararası Güney Azərbaycan Türkləri Forumu keçiriləcək. Forum “Azadlıq, ədalət, milli hökumət!” şüarı altında təşkil edilir.

Bu haqda xəbər və dəvət BAYRAQDAR MEDİA-ya aprelin 27-də Forumun Təşkilat Komitəsinin başqanı Cemal Mehmetxanoğludan daxil olub.

Qeyd edilir ki, Forum Güney Azərbaycanda yaşayan 40 milyona yaxın türkün varlığını və özgürlük mücadiləsini dəstəkləmək üçün təşkil edilir. Eyni zamanda o da bildirilir ki, problemin türk dünyası və Türkiyə ictimai rəyinə tanıdılması da əsas hədəflərdəndir.

Forumun İstanbulda, Nişantaşı Üniversitesi Maslak Kampusunun konfrans salonunda keçiriləcəyi bildirilir. Forum səhər saat 10-da işinə başlamaqla 19-30-dək davam edəcək.

“Birinci və ikinci oturumda dəyişik universitetlərdə görəvdə olan akademik dostlarımız Güney Azərbaycanla bağlı çalışmalarını təqdim edəcək. Üçüncü bölümdə isə Güney Azərbaycanlı milli fəallar, önümüzdəki dönəmdə özgürlük mücadiləsinin yol xəritəsi mövzusunda görüşlərini dilə gətirəcəklər”, – deyə xəbərdə bildirilir.

Onu da əlavə edək ki, Forum arzu edən media nümayəndələri və mövzuyla maraqlanan şəxslər üçün açıqdır.

Mission News Theme by Compete Themes.