Press "Enter" to skip to content

Brüsseldən sonra Berlin

Mahmud Bilgin

Son yeniləmə: 27 Aprel 2023 09:50

Mahmud Bilgin: Avropada növbəti etiraz aksiyasının keçirilməsinə qərar vermişik

BAYRAQDAR MEDİA – “Güney Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan təşkilatların fəaliyyəti artıq dünyada geniş əks-səda doğurub. Bu sırada martın 25-də Brüsseldə keçirdiyimiz aksiyanı xüsusi olaraq vurğulamaq istəyirəm. Məlum olduğu kimi, martın 25-də Brüsseldə “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə yürüş-mitinq keçirildi. O aksiyada Azərbaycanın həm Güneyindən, həm də Quzeyindən olan yüzlərlə insan iştirak edirdi. Bundan başqa bu yürüşdə İrandakı Qaşqay türklərinin nümayəndələri və İran ərəbləri də iştirak edirdi”.

“Azadlıq, ədalət, milli hökumət” bu dəfə Berlində

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

O, qeyd edib ki, bu aksiya ilə Güney Azərbaycanın hüquqlarına dair İranın faşist fars-molla rejiminə açıq bir mesaj verildi: “Dünya gördü ki, Güney Azərbaycan türkləri artıq İranın fars-molla rejiminə “dur” demək üçün küçələrə çıxıb. Bu aksiyanı önəmli edən əsas məqamlardan biri də o idi ki, yürüşdə Güney Azərbaycanın bayraqları da dalğalanırdı. Bir sözlə, bu aksiya dünyaya siyasi bir mesaj oldu”.

M.Bilginin sözlərinə görə, aksiyadan dərhal sonra onlarla müxtəlif qurumlardan, təşkilatlardan müraciətlər olub: “İrandakı digər qeyri-fars xalqların təmsilçiləri, o cümlədən Avropanın ayrı-ayrı ölkələrində yaşayan insanlar ikinci addımın atılmasının, daha doğrusu növbəti belə aksiyanın keçirliməsi üçün bizə müraciətlər edirlər. Biz də həmin müraciətləri, həmçinin, İranın fars-molla rejiminin cinayətlərinin davam etdiyini nəzərə alaraq Avropada növbəti etiraz aksiyasının keçirilməsinə qərar vermişik. Bu aksiya isə mayın 20-də Berlində keçiriləck. Növbəti aksiyanın keçiriləcəyi tarix heç də təsadüfi seçilməyib. Məsələ burasındadır ki, 2006-cı il mayın 21-22-də İranın fars-molla rejiminin xalqımıza qarşı təhqiredici addımına etiraz olaraq geniş etirazlar keçirilmişdi. Həmin vaxt Güney Azərbaycanın 17 şəhərində aksiyalar keçirilmişdi. O aksiyaların 17-ci ildönümü münasibəti ilə mayın 20-də Berlində minlərlə insanın iştirakı ilə aksiya keçirəcəyik. Artıq aksiyanın keçirilməsi üçün təşkilat komitəsi yaranıb və ilk bildirişi də yaymışıq. Almaniyanın müvafiq dairələrindən artıq rəsmi icazə də alınıb”.

Qeyd olunub ki, aksiya Berlinin ən məhşur küçəsindən keçməklə Almaniya parlamentində önündə mitinqlə tamamlanacaq.

Mission News Theme by Compete Themes.