Press "Enter" to skip to content

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müraciət

Diasporla İş üzrə Dövlət Komitəsi

BAYRAQDAR MEDİA – Britaniya Azərbaycanlıları Koordinasiya ŞurasıErmənistan tərəfindən əsir götürülmüş və qeyri-insani rəftara məruz qalmış Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu ilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) müraciət edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 28-də Diasporla İş üzrdə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, müraciətdə əsgərlərimizin hansı şəraitdə Ermənistana əsir düşməsinə bir daha aydınlıq gətirilib, BQXK-dan bu məsələyə dərhal müdaxilə etmək və itkin düşən Azərbaycan hərbçilərinin azad edilməsini təmin etmək naminə təcili tədbirlər görmək tələb olunub.

Cenevrə Konvensiyasına istinad edən Koordinasiya Şurasıxatırladıb ki, hərbi əsirlərlə humanist şəkildə davranmaq, onları hər cür zorakılıq, təhdid, təhqir və ictimai maraqdan qorumaq lazımdır: “Biz qeyd etmək istərdik ki, Ermənistan Cenevrə Konvensiyasını imzalayan ölkədir və buna görə də onun müddəalarına riayət etməlidir. Buna baxmayaraq, erməni hərbçilərinin bu məsələdə hərəkətləri imzalanan Konvensiyanın kobud şəkildə pozulduğunu göstərir. Biz Ermənistan hakimiyyətindən itkin düşən azərbaycanlı əsgərləri dərhal və qeyd-şərtsiz azad etməsini, onlara qarşı humanist və hörmətli münasibətin təmin olunmasını tələb edirik”.

Nəzərə çatdırılıb ki, BQXKhərbi əsirlərin hüquqlarını qorumaq və müdafiə etmək üçün mənəvi və hüquqi öhdəliklərə malikdir: “Cenevrə Konvensiyasının 118-ci maddəsi itkin düşmüş şəxslərin axtarışını, onların itkin düşmə şəraitini və sağ qalanların vətənə qaytarılmasını asanlaşdırmaq məqsədilə BQXK-nın üzərinə münaqişə tərəflərinə öz xidmətlərini təklif etmək öhdəliyini qoyub”. Bölgədəki vəziyyətin mürəkkəb və gərgin olduğunu dərk etdiklərini vurğulayan soydaşlarımız insan hüquqlarına hörmət edilməsinin və bütün tərəflərin beynəlxalq hüquq üzrə öz öhdəliklərinə əməl etməsinin təmin olunması üçün BQXK-nı öz təcrübəsindən və resurslarından istifadə etməyəçağırıb: “Biz BQXK-nı itkin düşmüş əsgərlərin tapılmasını və tez bir zamanda azad edilməsini təmin etmək üçün öz təsir gücündən istifadə etməyə çağırırıq.Ümid edirik ki, BQXK bu məsələni həll etmək və itkin düşmüş əsgərlərin ailələrinə və yaxınlarına qovuşmasını təmin etmək üçün sürətli və qətiyyətli addımlar atacaq. Biz həmçinin BQXK-nın Ermənistandakı nümayəndəliyindən təcili olaraq həmin hərbçilərə baş çəkməyi və onların durumu barədə məlumat verməyi tələb edirik. Bu, BQXK-nın beynəlxalq hüququn pozulmasına dözməyəcəyinə və bu iki əsgər üçün ədalətin bərqərar olması naminə mümkün olan hər şeyi edəcəyinədair dünyaya aydın siqnal göndərməyimiz üçün çox vacibdir. Biz hesab edirik ki, insan hüquqlarını və qanunun aliliyini qorumaqla dünyanı hamı üçün daha təhlükəsiz və ədalətli yerə çevirə bilərik”.

Mission News Theme by Compete Themes.