Son yeniləmə: 27 Aprel 2023 16:24
Cemal Yanğın: Ermənilər, əslində, özlərini bir daha olduqları kimi dünyaya göstərdilər
BAYRAQDAR MEDİA – “Ermənilər, əslində, özlərini bir daha olduqları kimi dünyaya göstərdilər. Onlar kim olduqlarını sərgilədilər. Başqa cür də ola bilməzdi. Çünki onlarda bu dədə-babalarından gəlmə “ənənə”dir. Onlar zülm etməyi, vəhşilik etməyi həyat tərzinə çeviriblər”.
Bunu ermənilərin son vəhşiliklərinə, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan və Türkiyə bayraqlarına qarşı tərbiyəsiz davranışlarına münasibət bildirən Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Cemal Yanğın deyib.
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında o, qeyd edib ki, bu hadisə əvvəlcədən planlaşdırılmışdı: “Onlar bunu əvvəlcədən planlaşdırmışdılar. Özü də ən yüksək səviyyədə. Mən o videolara dəfələrlə baxdım. Orada Azərbaycan bayrağı meydana gətirlən kimi hardasa o insana gəl yandır işaərsi verildi sanki. Amma Türkiyənin qızları da nə gözəl söylədilər. Dedilər ki, bu medalları Azərbaycanlı qardaşlarımıza hədiyyə edirik. Yəni, bu, türk kimliyinin bir daha dünyaya nümayişi idi. Bu, Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunun daha bir təsdiqi idi. Bu bir daha onu sərgilədi ki, Ermənistan nə qədər vəhşilik etsə də, Ermənistanın xarici havadarları nə etsələr belə Türkiyə-Azərbaycan qardaşlığı bundan sonra da bütün sınaqlardan üzüağ çıxacaq və düşmənlər üzərində hər zaman qələbə qazanacaq”.
C.Yanğın, həmçinin, “Bayraq bizim üçün müqəddəsdir. Biz bayrağımız uğrunda ölərik. Azərbaycan çox vacib və doğru qərar qəbul edərək, komandanı beynəlxalq yarışdan geri çağırdı. Bu başda cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan dövlətinin qəbul etdiyi mühüm bir qərar idi. Mən bu qərarı alqışlayıram. Çünki bayrağı yandırmaq idmançıları və ölkəni ən ağır şəkildə təhqir etmək deməkdir”.