Press "Enter" to skip to content

ATU-da Ümummilli liderə həsr olunmuş konfrans

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan Tibb Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ATUREK-11 – rezidentlərin elmi-praktiki konfransı keçirilib.

Bu haqda Səhiyyə Nazirliyinin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “konfransda çıxış edən ATU-nun rektoru Gəray Gəraybəyli Ulu Öndərin bütün siyasi fəaliyyəti boyunca hər bir sahə kimi, səhiyyəyə də xüsusi diqqət yetirdiyini vurğulayıb. Sonra SN-nin şöbə müdirin müavini Təranə Əhmədova çıxışında bu cür tədbirlərin rezidentlərin həyatındakı əhəmiyyətindən danışıb”.

Daha sonra xəbərdə, “Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov və digərləri dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti, onun rəhbərliyi dövründə Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs ediblər. Bildirilib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə vətəndaş cəmiyyəti, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilir, eyni zamanda davamlı sosial islahatlar icra edilir” deyə qeyd olunub.

Konfrans işini panel iclaslarla davam etdirib. Rezidentlər müxtəlif məzmunlu məruzələr və posterlərlə çıxış ediblər.

Tədbirin sonunda məruzələr münsiflər tərəfindən dəyərləndirilib və qaliblərə mükafatlar təqdim olunub.

Mission News Theme by Compete Themes.