Press "Enter" to skip to content

2023-cü il fəlakətlər ili kimi yadda qalacaq

Dr. Kaan Kutlu

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, İstanbulda Türk Dünyası Köşə Yazarları Simpoziumu keçirilir.

Aprelin 27-də Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığı Basın ve Yayın Dairesi Başkanı Doç. Dr. Oğuz Göksunun açılış çıxışı ilə öz işinə başlayan simpoziumda daha sonra Mersin Üniversitetindən Dr. Kaan Kutlu Ataçın moderatorluğu ilə “Yeni əsrdə beynəlxalq nizam” adlı ilk dəyirmi masa ilə davam edib.

Bu gün türk serialları bütün dünyaya yayılır

Çıxışında “Çoxtütüblü bir dünya qurularkən türk dövlətləri maraqlarını necə qoruya bilərlər”, “Yeni dünya düzənində türk dövlətlərini gözləyən fürsət və sınaqlar nələrdir” və “Önümüzdəki yüz ildə Türk Dövlətləri Təşkilatı necə bir rol oynamalıdır” sualları ətrafında fikirlərini bölüşüb.

Çıxışda xüsusi olaraq vurğulanıb ki, 2023-cü il dünya üçün fəlakətlər ili kimi yadda qalacaq. Qeyd olunub ki, burada söhbət təkcə təbii fəlakətlərdən getmir. Eyni zamanda, bu il iqtisadi və siyasi fəlakətlər də nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.