Press "Enter" to skip to content

Türk milləti bu dəfə də ən doğru qərarı qəbul edəcək

Telman Nüsrətoğlu

Son yeniləmə: 26 Aprel 2023 15:34

Telman Nüsrətoğlu: Bütün türk dünyasının könlündən keçən Recep Tayyip Erdoğanın bu seçkidə yenidən qalib gəlməsidir

BAYRAQDAR MEDİA – “Türk milləti hər zaman bəsirəti ilə ön plana çıxan bir millətdir. Mən inanıram ki, türk milləti bu dəfə də ən doğru olan qərarı qəbul edəcək”.

Bunu qardaş Türkiyədə mayın 14-də keçiriləcək seçkilərlə bağlı BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.

O, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın bu günə kimi türk dünyası, o cümlədən Azərbaycan üçün gördüyü işlərin xüsusi dəyərə sahib olduğunu bildirib: “Biz azərbaycanlılar olaraq türk dünyasının maraqları prizmasından baxanda görürük ki, Recep Tayyip Erdoğan parlaq bir şəkildə hər zaman, ən kritik dövrlərdə belə, türk dünyasının, o cümlədən Azərbaycanan maraqlarından çıxş edib. 44 günlük Vətən mühairbəsi bunu açıq şəkildə göstərdi”.

T.Nüsrətoğlu bildirib ki, R.T.Erdoğan milli cəbhəni təmsil edir: “Recep Tayyip Erdoğan Türkiyə çoxqütüblü dünyanın yeni güc mərkəzi olsun deyə çalışır. Türkiyənin üzərində oyunları olanlar istəyirlər ki, Türkiyə bu coğrafiyalarda məhz imperialist güclərin gündəmi ilə hərəkət etsin . Yəni onlar Türkiyəni qəbul edirlər. Amma deyirlər ki, “sən bizim marağımıza uyğun olaraq bu coğrafiyada addım at”. Türkiyə isə deyir ki, mənim özümüm milli gündəmim var. Mənim öz milli startegiyam var. Türk dövlətləri, türk-islam aləmi ilə birlikdə biz yeni dünyanın güc mərkəzi ola bilərik. Başqalarının da ərazisində gözümüz yoxdur. R.T.Erdoğan məhz bu cəbhəni, milləti ilə, milli müdafiə sənayesi ilə yüksələn, dik duruşu ilə ortada olan bir cəbhəni təmsil edir”.

Müsahibimiz deyib ki, seçkidə müxalif düşərgəyə baxanda tamam başqa mənzərinin şahidi oluruq: “Çox təəssüf ki, qarşı tərəfdə tamamilə başqa mənzərə hökm sürür. O cəbhədə türk dünyası ilə bağlı heç bir baxış yoxdur. Bu sadalanların hamısını təhlil etdikdə deyə bilərik ki, bütün türk dünyasının könlündən keçən R.T.Erdoğanın bu seçkidə yenidən qalib gəlməsidir. İnanıram ki, bu arzumuz da reallaşacaq. Çünki hazırda qardaş Türkiyədə Erdoğandan güclü və parlaq lider yoxdur”.

Mission News Theme by Compete Themes.