Son yeniləmə: 26 Aprel 2023 07:50
BAYRAQDAR MEDİA – Bolqarıstanda yeni hökumət arayışlaır davam edir. Bu arada GERB-dən Desislava Atanasova, “Birinci hökuməti qurmaq səlahiyyəti ilə hökuməti qurmaq şansı 50 faizdir” deyib.
Radio Bolqarıstanın məlumatına görə, o, deyib ki, liderlərin görüşü ümumi platforma yaratmalı və sonra biz bu məsuliyyəti birlikdə paylaşsaq, dövləti bu bataqlıqdan çıxarmaq üçün qarşılıqlı nəzarət olmalıdır.
Bolqarıstan Milli Radiosu BNR-ə danışan D.Atanasova hökumətin qurulması üçün liderlərlə danışıqlar aparacağını gözlədiyini söyləyib.
Nova TV-yə danışan “Prodaljvame Promyanata”nın həmsədri Kiril Petkov isə “Prodaljavame Promyanata və Demokratik Bolqarıstan” koalisiyası GERB nazirləri olmadan bir azlıq hökuməti qurmaq istəyir” deyib.
K.Petkovun sözlərinə görə, GERB-nin iki yolu var: ya onları dəstəkləyəcək, ya da DPS, BSP və “İma Takav Narod” partiyaları ilə ittifaq yaradacaq.