Son yeniləmə: 26 Aprel 2023 14:34
Bülent Maşaoğlu: MHP 2023-cü il seçkilərində böyük uğur qazanacaq və ikinci əsrinə qədəm qoyan ölkəmizi Gazi Məclisdə güclü şəkildə təmsil edəcək
BAYRAQDAR MEDİA – “Əvvəla, cümhurbaşqanı və parlament seçkilərinin ölkəmizə, millətimizə, türk və İslam dünyasına xeyir gətirməsini arzu edirəm. Fürsətdən istifadə edərək, bizə müsahibə vermək və fikirlərimizi sizin vasitənizlə seçicilərimizə, dəyərli oxuculara çatdırmaq imkanı verdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm”.
Bunu qardaş Türkiyənin Milliyetçi Hərəkat Partiyasının MYK üzvü, partiyanın Eskişehir şəhərindən millət vəkilliyinə birinci sıradan namizədi Bülent Maşaoğlu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində deyib.
Bu qətiyyətli mövqe Türkiyədə yeni bir dövrün başlanğıcını qoydu
O, qeyd edib ki, 2023-cü il cümhurbaşqanı və parlament seçkiləri Türkiyənin ikinci yüz ilinə qədəm qoyduğu ilk seçki olması baxımından əhəmiyyətlidir:“Üstəlik bu seçkilər zamanı seçiləcək cümhurbaşqanı və hörmətli millət vəkillərimiz iyirmi birinci əsrdə regional və qlobal gücə çevriləcək”.
B.Maşaoğlu əlavə edib ki, “Türkiyəmizin quruculuğunda əsas aktorlar olacaqlar. Bu baxımdan 2023-cü il mayın 14-də keçiriləcək seçkilərin tarixi əhəmiyyəti var. Bildiyiniz kimi, xain FETÖ terror təşkilatı və onun işbirlikçilərinin 15 iyul tarixində uğursuz dövlət çevrilişi cəhdi ölkəmizdə yeni bir səhifə açmış, Milliyyətçi Hərəkat Partiyası bilgə liderimiz Dr. Devlet Bahçeli bəyin rəhbərliyi ilə ilk növbədə “millətim, dövlətim” deyərək, qətiyyətli mövqe nümayiş etdirmişdir. Bu qətiyyətli mövqe Türkiyədə yeni bir dövrün başlanğıcını qoydu və bu nöqtədə bu duruş dostlarımıza güvən, düşmənlərimizə qorxu hissi aşıladı. Sıralar bəlli oldu, millətin, dövlətin tərəfdarı olanlar da, əleyhinə olanlar da daha aydın göründü”.
Hep birlikte ve herşeyden önce TÜRKİYE… pic.twitter.com/ARz7OL3rsp
— Bülent Maşaoğlu (@bulent_masaoglu) April 19, 2023
B.Maşaoğlu daha sonra, “Türkiyənin böyüməsini, ayaq üstə dayanmasını, müstəqil siyasət yürütməsini, iqtisadiyyatını inkişaf etdirməsini, müdafiə sənayesində irəliləməsini, ətrafında isə “mavi vətən” başda olmaqla Suriya, Liviya, Ukrayna, nəhayət, Qarabağ müharibəsində qardaş ölkə Azərbaycanla sıx əlaqələri və vasitəçi münasibəti xarici düşmənlər kimi onların daxildəki işbirlikçilərini də narahat etmişdir. 2023-cü il seçkilərinə belə bir şəraitdə qədəm qoymağımız seçkini ölkəmizin gələcəyi ilə sıx bağlı edib. Deyə bilərəm ki, bu seçki əvvəlkilərdən daha vacib və mənalıdır” deyib.
Dəyərli türk millətinin verəcəyi hər cür qərara hörmətlə yanaşacayıq
“MHP-nin bu seçkidə məqsədi nədir və partiyanın parlamentdə neçə deputatla təmsil olunacağını gözləyirsiniz” sualını cavablandıran müsahibimiz öncə onu deyib ki, MHP yarandığı gündən bu günə kimi millətin əmin-amanlığını, təhlükəsizliyini, xüsusilə də dövlətin iqtisadi inkişafını təmin etməyi ölkəni idarə etməkdən üstün tutmuşdur: “Sualınıza cavab olaraq bildirim ki, bu seçkidə də qeyd etdiyim hədəflər istiqamətində gecə-gündüz çalışırıq. İnsanlarımızın vəziyyətini, səmimi bir yaxşılıqla nə edə biləcəyimizi həm öyrənmək, həm də izah etmək bizim borcumuzdur”.
Bildirilib ki, əsas məqsəd təmsilçi olmaq deyil, millətin rifahını, əmin-amanlığını təmin etməkdir: “Başda Genel Mərkəzimiz olmaqla, il və rayon təşkilatlarımız, könüldaşlarımızla bu məqsəd istiqamətində səmimi səylər göstəririk. Seçki qadağaları tətbiq olunana qədər bu istiqamətdə işimizi davam etdirəcək və təqdiri böyük türk millətinin öhdəsinə buraxacayıq. Bundan sonra dəyərli türk millətinin verəcəyi hər cür qərarı öz başımızın üstündə biləcəyik və nəticələrinə hörmətlə yanaşacayıq. Təbii ki, seçkinin nəticələrinə görə neçə deputat seçiləcəyini bilmirəm, amma ictimai rəy sorğularından öyrəndiklərimə və müşahidələrimə əsasən deyə bilərəm ki, MHP 2023-cü il seçkilərində böyük uğur qazanacaq və ikinci əsrinə qədəm qoyan ölkəmizi Gazi Məclisdə güclü şəkildə təmsil edəcək”.
Bülent Maşaoğlu təmiz Eskişehirlidir
Şəxsən B.Maşaoğluna niyə Eskişehirdən namizəd göstərilməsinə gəlincə, müsahibimiz aşağıdakıları bildirib: “Qısa, yığcam və qürurla deyim: mən Eskişehir Sivrihisarlıyım ve Eskişehirsporluyum. Bunun sizin “niyə məhz Eskişehir” sualınıza dəqiq bir cavab olduğunu düşünürəm. Həmçinin, ibtidai və orta təhsilimi də Eskişehirdə başa vurmuşam. “Eskişehirspor” klubunda menecer kimi çalışmışam və İstanbulda yaşamağa başlayandan bəri də doğma şəhərimlə əlaqəmi heç vaxt kəsməmişəm. İstanbuldakı QHT-lərlə və Eskişehirdəki dostlarımla daimi əlaqədə olmuşam, QHT-lərin idarəçiliyində olmuşam. Yəni Bülent Maşaoğlu təmiz Eskişehirlidir, göydəndüşmə namizəd deyil”.
Biz ayrı-seçkilik etmədən bütün vətəndaşlarımızın səsini qazanmaq istəyirik
“Eskişehir uzun illər solçuların, daha doğrusu CHP-nin qalası kimi tanınır. Bu halda sizin üçün çətin olmayacaq” sualına isə B.Maşaoğlu aşağıdakı cavabı verib: “Məlum olduğu kimi, Eskişehir böyüklüyü ilə yanaşı bir çox türk boylarının da məskunlaşdığı və yaşadığı qədim şəhərdir.
Milletvekili Adaylarımız Han İlçemizi ziyaret ederek vatandaşlarımızla bir araya geldiler. Dinlediler, anlattılar, notlarını aldılar.
İlçe halkımıza misafirperverliklerinden dolayı teşekkür ederiz. #HerşeydenÖnceTürkiye #AzizMilletimSıraSende pic.twitter.com/n9hAOgJyit
— MHP Eskişehir (@MHPeskisehir26) April 17, 2023
Biz ayrı-seçkilik etmədən bütün vətəndaşlarımızın səsini qazanmaq istəyirik. Yəni, seçilsək, “sağçı-solçu” deyib, ayrı-seçkilik etməyəcəyik. Çünki biz Eskişehrin təmsilçisi olacayıq. Bu münasibətlə onu da qeyd etməliyəm ki, mən hər zaman inanmışam ki, bizim vəzifəmiz millətin problemlərindən narahat olmaq, onların problemlərinin həlli üçün ideyalar istehsal etmək, insanların qəlbinə toxunmaq və layihələrimizi onlarla bölüşməkdir. Mən həyatımda bu cür mövqe tutmuşam. Həm də türk xalqının uzaqgörənliyinə inanan adamam. Türk millətinin səmimiyyəti də qarşı tərəfin səmimiyyəti ilə mütənasibdir. Gəldik, mükafat aldıq, bir işə can atdıq və bütün səmimiyyətimizlə xalqımızın qabağına çıxdıq, onları dinlədik, qeydlər apardıq, layihələrimizi onlarla bölüşdük. Seçkilərə qədər bu səylərimizi daha da artıracağıq. Bundan sonra nə olacaq? Bundan sonra nə olacağını ancaq Yaradan bilir. Bu münasibətlə demək istərdim ki, bu seçkidə çətinə düşən mən yox, rəqiblərimizdir”.
Seçicilərimiz mənim üçün baş tacıdır
Müsahibəsi zamanı B.Maşaoğlu həmçinin, “seçicilərimiz mənim üçün baş tacıdır, bəyənirlər, bəyənmirlər, tənqid edirlər və ya qiymətləndirirlər, hamısına hörmət edirəm. Eskişehirdə seçki kampaniyasına başladığımız andan onların yaxından diqqət və sevgisi ilə qarşılaşdım və bu, mənim əzmimi daha da artırdı. İstəyirəm, bilsinlər ki, mən onları sevirəm və seçilsəm, Gazi Məclisdə onların səsi olacağam. Ankarada qardaşlarının olduğunu heç zaman unutmasınlar” deyib.
23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı Kutlu Olsun. pic.twitter.com/WRbXdoIXyF
— Bülent Maşaoğlu (@bulent_masaoglu) April 23, 2023
Seçicilərlə görüşlərdən gəldiyi nəticəyə əsaslanan B.Maşaoğlu “Xalqımızla bir sinerji əldə etdik. Bunun çox vacib olduğuna və partiyamızın Eskişehirdəki səslərinə müsbət töhfə verəcəyinə inanıram. Cümhuriyyətimizin ikinci əsrinə qədəm qoyuruq və seçicilərdən Mlliyyətçi Hərəkat Partiyasının proqram və layihələrinin ölkəmizin həm daxildə, həm də xaricdə mövcud və potensial problemlərini layiqincə həll edə biləcəyini inanmalarını istəyirəm. Əminəm ki, seçicilər MHP-yə verdikləri dəstəyin vətənin, millətin rifahı üçün hər zamankindən daha vacib olduğunun fərqində olacaqlar. Bizə güvənməyə davam etsinlər və bayaq dediyim kimi bölgəsində və dünyada nüfuzlu bir Türkiyə qurmaq üçün bizə həm imkan, həm də çiyin versinlər. Bu idealın reallaşması yalnız Gazi Məclsidə güclü təmsilçiliklə mümkün olacaq və mən heç şübhə etmirəm ki, millətimiz bunun üçün lazım olanı edəcək”.
Sivrihisarlı hemşehrilerimizle buluştuk.
Ev sahiplikleri ve samimiyetleriyle bizleri kucaklayan hemşehrilerime teşekkür ederim.#HerşeydenÖnceTürkiye#AzizMilletimSıraSende pic.twitter.com/euegJFlcKq— Bülent Maşaoğlu (@bulent_masaoglu) April 20, 2023