BAYRAQDAR MEDİA – Aprelin 29-da Dövlət Akademik Musiqili Teatrında “Məchul pilləkən” balet tamaşası oynanılacaq.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “tamaşanın quruluşçu baletmeysteri, həm də baş rolun ifaçısı, gənc balet artisti Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Vüsal Rəhimdir. Tamaşada əsas qadın rolunu Aynurə Əsgərova, solo partiyaları isə Məhəmməd Abdullayevlə Roman Krasnov ifa edəcək. Kütləvi səhnələrdə teatrın balet truppasının digər üzvləri Elvira Əzizova, Rəbiyyə Əliyeva, Röya Mehrəlizadə, Anna Cabbarova, İlona Sementsova, Aygül Həsənova, İranə Kərimova, Cəmilə Mansurova, Kamran Həsənov və Yaqub Bəhramov oynayacaq”.
Saat 12:00-da başlayacaq səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda Əməkdar artist Sevda Ələkbərzadənin ifasından istifadə edilib. Həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya da səsləndiriləcək.