BAYRAQDAR MEDİA – Aprelin 29-da Gənc Tamaşaçılar Teatrında teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda “Kod adı: V.X.A” tamaşası təqdim olunacaq.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “tamaşa repressiyaya məruz qalan, vətən xainləri adı ilə damğalanan Əhməd Cavadın, Mikayıl Müşfiqin və Azərbaycanın yüzlərlə aydınının, fikir adamının həyat yoldaşlarının, övladlarının sürgünlərdə, düşərgələrdə keçən məşəqqətli talelərindən bəhs edir”.
Qeyd edək ki, saat 18:00-da başlayacaq tamaşanın müəllif və rejissoru Mehriban Ələkbərzadə, rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərlidir.