Press "Enter" to skip to content

Güney Azərbaycanlı beynəlxalq qurumun vitse-prezidenti oldu

Ümid Nəccari

BAYRAQDAR MEDİA – Əslən Güney Azərbaycanın Təbriz şəhərindən olan, hazırda Bakıda yaşayan şair və tərcüməçi Ümid Nəccari baş qərargahı Belçikada yerləşən BOGDANİ Beynəlxalq Yazarlar Assosiasiyasının vitse-prezidenti seçilib. O, eyni zamanda qurumun Asiya bölməsinin prezidenti vəzifəsinə də təyinat alıb.

Bu haqda xəbəri sözügedən qurum aprelin 25-də yayıb.

https://www.iwabogdani.org/2023/04/25/umid-najjari-vice-president-of-iwa-bogdani/

Xəbərlə bərabər Ümid Nəccarinin bioqrafiyası, həmçinin ədəbi yaradıcılığı, qazandığı mükafatlar haqqında məlumat da geniş şəkildə təqdim edilib.

Qeyd edək ki, Azərbaycan ədəbi ictimaiyyətinə də yaxşı tanış olan Ümid Nəccari 1989-cu ildə Təbrizdə anadan olub. O, bir müddət bu şəhərdə yaşayıb təhsil aldıqdan sonra Azərbaycan Respublikasına yerləşib, burada ailə həyatı qurub və daimi yaşamaqdadır.

Ümid Nəccari eyni zamanda ədəbi-ictimai işlərdə fəallığı ilə də seçilir.

Qeyd edək ki, sözügedən qurum Albaniyanın ilk yazıçısı Pyetör Bogdaninin şərəfinə belə adlandırılıb. P.Bogdani 17-ci əsrdə yaşayıb, alban dilində ilk nəsrin bilinən yazarıdır.

Mission News Theme by Compete Themes.